"Xəzər Lənkəran" Ukrayna klubunu uddu - TAM VİDEO

"Xəzər Lənkəran" Ukrayna klubunu uddu - TAM VİDEO
"Xəzər Lənkəran" Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, cənub klubu bu gün ilk yoxlama oyununu keçirəcək.
"Xəzər Lənkəran"ın rəqibi Ukraynanın "Karpatı" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, "Karpatı" klubu 1963-cü ildə yaradılıb. 1969-cu ildə SSRİ Kubokunu qazanan Lvov klubu 1993 və 1999-cu illərdə Ukrayna Kubokunda final oynayıb. Tarixində 3 dəfə Avropa Liqasına (UEFA Kuboku) qatılan "Karpatı" 1990/2000 və 2011/12 mövsümlərində play-off mərhələsində uduzub, 2010/11 mövsümündə PSJ, "Sevilya" və "Borussiya" (Dortmund) ilə eyni qrupda yer alaraq sonuncu olub. Komanda 1970/71 və 1993/94 mövsümlərində qatıldığı Kuboklar Kubokunda mərhələ adlaya bilməyib. "Xəzər Lənkəran"ın rəqibinə 40 yaşlı xorvat mütəxəssis İqor Yoviçeviç başçılıq edir. Komandanın heyətində Sloveniya, İspaniya və Gürcüstandan 3 legioner çıxış edir.
Yoxlama oyunu
13 iyul
Xəzər Lənkəran (Azərbaycan) - Karpatı (Ukrayna) 2:1
Qolar: Junior Nіldo, 47. Tyeqo, 82 - Qolodyuk, 32.
Xəzər Lənkəran: Orxan Sadıqlı, Tyeqo, Manuel Skarlatake, Rahid Əmiruqliyev, Vanderson Skarduelli, Alfred Sanko, Rəşad Sadіqov, Elnur Abdullayaev, Qalin İvanov, Fernando Qabrіel, Junior Nіldo.
Karpatı: Roman Misak, İvan Lobay, Andrey Qіtçenko, Qreqor Balajiç, Denis Mіroşnіçenko, Artur Kseonz, İqor Xudobyak, Yaroslav Martinyuk, Mladen Bartulovіç, Oleq Qolodyuk, Mixalyo Serqіyçuk.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər