"Xəzər Lənkəran" Premyer Liqanın XXXIV turunda "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasındakı çempionatda 10-cu matç olacaq.
İndiyədək baş tutan oyunlarda "Xəzər Lənkəran"ın qələbə sayı heç-heçə bitən oyunların sayına bərabərdi - 4. "Sumqayıt" cəmi 1 dəfə 3 xala sevinib. Lənkəranlıların 14 qoluna sumqayıtlılar 9 dəfə cavab verə bilib.
Cənublular cari mövsüm hər 3 matçda rəqib qapısına yol tapa bilib. Tərəflər arasında mövsümün ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Növbəti iki oyunda "Xəzər Lənkəran" 4:0 və 1:0 hesablı qələbə qazanıb.
| 06.08.2011 | Xəzər Lənkəran - Sumqayıt Şəhər | 2:1 |
| 03.03.2012 | Sumqayıt Şəhər - Xəzər Lənkəran | 0:3 |
| 31.10.2012 | Sumqayıt - Xəzər Lənkəran | 1:1 |
| 03.03.2013 | Xəzər Lənkəran – Sumqayıt | 2:2 |
| 21.04.2013 | Xəzər Lənkəran – Sumqayıt | 0:0 |
| 13.05.2013 | Sumqayıt - Xəzər Lənkəran | 1:0 |
| 05.08.2013 | Sumqayıt - Xəzər Lənkəran | 1:1 |
| 20.12.2013 | Xəzər Lənkəran – Sumqayıt | 4:3 |
| 16.03.2014 | Sumqayıt - Xəzər Lənkəran | 0:1 |
Fanat.az