"Xəzər Lənkəran" üçün Türkiyə və İran klubları

"Xəzər Lənkəran" üçün Türkiyə və İran klubları
"Xəzər Lənkəran" 2015/16 mövsümünə Türkiyədə hazırlaşacaq. Fanat.az хəbər verir ki, komandanın qardaş ölkədəki təlim-məşq toplanışı zamanı yoхlama oyunu keçirəcəyi bəzi rəqiblər dəqiqləşib.
Məlumata görə, "Xəzər Lənkəran" PTT 1-ci liqadan iki klubla, həmçinin bir İran təmsilçisi ilə anlaşıb. Həmin klubların adlarını dəqiqləşdirə bilmədik.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyunun 28-də başlayacaq və iyulun 25-ədək davam edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər