"Xəzər Lənkəran" daha bir qapıçısı ilə bağlı şad xəbər alıb. Fanat.az xəbər verir ki, komandanın braziliyalı qolkiperi Duqlas Leyte sağalır.
Bir müddətdi zədə səbəbindən oynaya bilməyən qapıçı artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Onun tezliklə meydana çıxa biləcəyi deyilir.
Qeyd edək ki, dünən "Xəzər Lənkəran"ın digər qapıçısı Orxan Sadıqlı da barmağındakı zədənin sağaldığını açıqlamışdı.
Fanat.az