"Xəzər Lənkəran" üçün bomba iddia: "Növbəçi hücumçu"...

"Xəzər Lənkəran" üçün bomba iddia: "Növbəçi hücumçu"...
"Xəzər Lənkəran" Semih Şəntürkü transfer etmək istəyir. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, "Xəzər Lənkəran" yeni mövsüm üçün iddialı bir heyət qurmaq üçün transfer çalışmalarına start verib. Mustafa Dənizlinin yerinə Oğuz Çətini gətirən Lənkəran klubunun hədəfindəki isim isə "Antalyaspor"la müqaviləsi başa çatan Semih Şəntürkdü. Azad agent olan hücumçuya illik 1,5 milyon avro təklif edən "Xəzər Lənkəran" 1+1 şərti ilə müqaqavilə bağlamaq istəyir.
Semih karyerasını Türkiyədə, yoxsa Azərbaycanda davam etdirəcəyi ilə bağlı qərarını istirahəti başa çatdıqdan sonra verəcək. "Fənərbaxça"da qısa müddət Oğuz Çətinlə işləyən futbolçu ölkəmizə gələcəyi halda yenidən onun rəhbərliyi altında oynayacaq.
Qeyd edək ki, 2001-ci ildə "Fənərbaxça"nın əsas heyətinə yüksələn Semih 2013-cü ilədək "sarı-lacivərdli" formanı geyinib. 2001/02 mövsümündə icarə əsasənda "İzmirspor"da çıxış edən futbolçu son mövsümü "Antalyaspor"da keçirib (18 oyun, 5 qol).
"Fənərbaxça" ilə 5 dəfə Super Liqanın, 2 dəfə Türkiyə Kubokunun və 2 dəfə Superkubokunun qalibi adını qazanmış Semih 2007/08 mövsümündə 17 qolla çempionatın bombardiri olub. 
Türkiyə mətbuatının "növbəçi qolçu" ləqəbi verdiyi Semih aşağı yaş qrupları üzrə yığma komandalarla yanaşı, A millinin də formasını geyinib. 2008-ci ildə Avropa çempionatında yarımfinal oynayan komandanın əsas oyunçularından biri olan Şəntürk millidəki 28 oyunda 9 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər