"Xəzər Lənkəran" üçün 12-ci start

"Xəzər Lənkəran" üçün 12-ci start
Avqustun 9-da keçiriləcək “İnter”lə qarşılaşma ilə “Xəzər Lənkəran” 2015/16 mövsümünə start verəcək. Fanat.az xəbər verir ki, sayca 24-cü olan Azərbaycan çempionatı “ağ-yaşıllar”ın tarixində 12-ci olacaq. 
Premyer Liqada yarandığı 2004-cü ildə debüt edən komanda ilk oyununu 11 il əvvəl avqustun 7-də keçirib. Qazaxda “Turan”a qarşı keçirilən səfər oyunu 1:1 hesabı ilə nəticələnib. Albaniyalı Çöri İlir “Xəzər Lənkəran” tarixinə ilk qolun müəllifi kimi düşüb.
 
İlk mövsümdə “Neftçi” ilə eyni sayda xal toplayan “ağ-yaşıllar” çempionluğu Gəncədə keçirilən “Qızıl oyun”da (1:2) əldən versə də, debüt mövsümündə gümüş medallara yiyələnib. 2005/06 mövsümündə uğursuz çıxış edib, 7-ci yerlə kifayətlənən komanda növbəti çempionatda tarixinin ən böyük nəticəsini əldə edib. “Qızıl dubl”a imza atan Lənkəran klubu qızıl medalları son turda Qəbələdə rəsmiləşdirib. 2007-ci il mayın 23-də “Gilan” üzərində 3:0 hesablı qələbə hələlik yeganə olan çempionluğu qazandırıb. 2007/08, 2008/09 və 2009/10 mövsümlərində mükafatçılar sırasına düşə bilməyən komanda ardıcıl 3 dəfə 4-cü yerlə kifayətlənib. 5 il əvvəl dramatik sonluqla nəticələnən çempionatın qızıl medalları son turda əldən verilib.
 
2010/11 və 2011/12 mövsümlərində çempionluq mübarizəsi aparan “Xəzər Lənkəran” ardıcıl 2 dəfə gümüş medallara yiyələnib. Bununla da komanda Premyer Liqadakı mükafatlarının sayını 4-ə çatdırıb ki, bunların biri qızıl, üçü gümüşdür. Son üç mövsümdə isə “Xəzər Lənkəran” mükafatçılar sırasından uzaq düşüb. 2012/13 mövsümündə tarixinin ən uğursuz nəticəsini göstərib, 9-cü olan komanda ardınca 6-cı, sonra isə 7-ci yerlə kifayətlənib.
 
Cari mövsümə 5-ci mükafat uğrunda mübarizə üçün qatılan “Xəzər Lənkəran” indiyədək keçirdiyi 33 çempionat oyununda 157 qələbə qazanıb, 97 heç-heçə edib və 79 dəfə uduzub. 477 top vuran “ağ-yaşıllar” 287-ni buraxıb. Ev oyunlarında 166 matçda 93 qələbə, 50 heç-heçə və 23 məğlubiyyət qeydə alınıbsa, səfərdə eyni sayda görüşdə 64 qələbə, 47 heç-heçə və 55 məğlubiyyət alınıb. Öz meydanındakı matçlarda komandanın top fərqi daha yaxşıdır - 277:113. Səfərdə bu rəqəmlər 199-172-dir. Cənub təmsilçisi neytral meydandakı yeganə matçda 1:2 hesabı ilə yenilib.
 
“Xəzər Lənkəran”ın Premyer Liqadakı nəticələri

Mövsüm

O

Q

H

M

TOP

X

nəticə

2004/05

35

24

6

5

66-17

78

II yer

2005/06

26

9

9

8

27-18

36

VII yer

2006/07

24

17

5

2

50-16

56

ÇEMPİON

2007/08

26

14

10

2

44-16

52

IV yer

2008/09

26

15

5

6

49-21

50

IV yer

2009/10 - I mərhələ

22

12

8

2

29-11

44

-

2009/10 – II mərhələ

10

3

3

4

11-10

12

IV yer

2010/11 - I mərhələ

22

14

5

3

28-12

47

2010/11 – II mərhələ

10

2

7

1

10-6

13

II yer

2011/12 - I mərhələ

22

13

5

4

33-19

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər