"Xəzər Lənkəran"ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçala" ilə oyunu Türkiyə mətbuatının diqqətindən yayınmayıb. Fanat.az xəbər verir ki, "Milliyət" qəzetinin internet saytı Mustafa Dənizlinin debüt matçı ilə bağl geniş xəbər hazırlayıb.
Xəbərdə oyunun gedişi, vurulan qollar barədə məlumat verilib, həmçinin Dənizlinin oyundan sonra səsləndirdiyi fikirlər yer alıb. "Milliyət" vurulan hər qoldan sonra azarkeşlərin türk mütəxəssisin adını qışqırdığını yazıb.
Fanat.az