Vyekoslav Tomiçin adı "Xəzər Lənkəran"ın sifariş ərizəsinə salınıb. Fanat.az xəbər verir ki, yenidən "Xəzər Lənkəran"a dönən xorvat qapıçı bu gün "İnter"ə qarşı oyunda meydana çıxacaq.
Tomiç 19 nömrəli formanı seçib. O, ötən mövsümdə də "Xəzər Lənkəran"da məhz bu formanı geyinirdi.
Qeyd edək ki, yayda "Xəzər Lənkəran"ın transferə çıxardığı Tomiç klub tapa bilməmişdi və bu səbəbdən cənublularla müqaviləsi pozulmamışdı. Bu səbəbdən onun adının yenidən sifariş ərizəsinə salınması problem olmayıb.
Fanat.az