"Xəzər Lənkəran" təkzib etdi

"Xəzər Lənkəran" təkzib etdi
"Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leytenin komandanı tərk etməyə hazırlaşması barədə məlumat vermişdik. Braziliya mətbuatına açıqlama verən qolkiper qışda "Quarani"yə qayıdacağını demişdi.
Lakin "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluxəbəri təkzib edib: "Belə bir xəbərlə biz də tanışıq. Odu ki, qapıçının özü ilə danışdıq. Dedi ki, son 25 gündə heç bir jurnalistlə danışmayıb. Bunun yalan məlumat olduğunu söylədi. Leytenin bizimlə müqaviləsi var. Onu istəyən komanda ilk növbədə bizimlə əlaqə yaratması lazımdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər