Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Lənkəran təmsilçisi Türkiyə Super Liqasında mübariəz aparacaq "Kasımpaşa" ilə qarşılaşıb.
Oyun Nevşehir stadionunda baş tutub. "Xəzər Lənkəran" meydandan məğlub ayrılıb - 0:2.
Qeyd edək ki, "Xəzər Lənkəran" ilk yoxlama matçında "Niğdespor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
Türkiyə
4 iyul
Xəzər Lənkəran (Azərbaycan) - Kasımpaşa (Türkiyə) 0:2
Qol: Malki Büyüksal, 42; 44.
Xəzər Lənkəran: Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov (Tural Cəlilov), Manuel Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya (Elnur Cəfərov).
Kasımpaşa: Ramazan Köse, Erhan Kartal, Veysel Sarı, Mert Kula, Ferhat Kiraz, Ryan Donk, Andre Castro, Tunay Torun, Oscar Scarione, Sanharib Malki, Eren Derdiyok.
Fanat.az