"Xəzər Lənkəran" Super Liqa klubuna qarşı

"Xəzər Lənkəran" Super Liqa klubuna qarşı
Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" növbəti sınaq matçına sabah çıxacaq. Fanat.az xəbər verir ki, təmsimlçimizin rəqibi Serbiyanın "Rad" klubu olacaq.
"Rad" 1958-ci ildə yaradılıb. Belqrad təmsilçisi ilk dəfə 1989/90 mövsümündə UEFA Kubokuna vəsiqə qazanıb və ilk mərhələdə Yunanıstan "Olimpiakos"una (Piraeus) yenilib (2:1, 0:2). 2011/12 mövsümündə Avropa Liqasında iştirak edən "Rad" I təsnifat mərhələsində San Marinonun "Tre Penne" klubunu mübarizədən kənarlaşdırsa da (6:0, 3:1), ardından Yunanıstanın digər "Olimpiakos"una -  Volos təmsilçisinə uduzub (0:1, 1:1). Milan Milanoviçin başçılıq etdiyi komanda son mövsümdə Serbiya Super Liqasını 14-cü pillədə başa vurub. "Xəzər Lənkəran"ın rəqibinin heyətində Makedoniya və Bosniya və Hersoqovinadan 4 legioner çıxış edir.
Qeyd edək ki, "Xəzər Lənkəran" Sloveniyada artıq iki oyun keçirib. Oğuz Çətinin yetirmələri Ukrayna "Karpatı"sına 2:1, Latviya "Yurmala"sına 3:1 hesabı ilə qalib gəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər