Premyer Liqanın XVI turunda "İnter"in qonağı olacaq "Xəzər Lənkəran" citti itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubunun aparıcı futbolçularından Alvaro Silva paytaxt təmsiliçinə qarşı oynaya bilməyəcək.
Buna səbəb Silvanın sarı vərəqə limitini doldurması olub. Dünən AZAL-la baş tutan oyunun 65-ci dəqiqəsində rəqibi tutduguna görə sarı vərəqə alan ispan müdafiəçi cəzalı duruma düşüb.
Qeyd edək ki, Silva bundan əvvəl III turun "Qarabağ"la oyununun 81-ci (qeyri-idman h?r?k?ti), IV turun "Neftçi" ilə matçının 35-ci (qeyri-idman hərəkəti) və X turun "Simurq"la qarşılaşmasının 63-cü dəqiqəsində (qeyri-idman hərəkəti) sarı vərəqə almışdı.
Fanat.az