"Xəzər Lənkəran" Saşanın komanda yoldaşını alır?

"Xəzər Lənkəran" Saşanın komanda yoldaşını alır?
Mustafa Dənizlini baş məşqçi postuna gətirən "Xəzər Lənkəran"ın qışda heyətinə yeni futbolçular qatacağı istisna deyil. Bu səbəbdəndi ki, artıq Lənkəran klubunun heyətinə qatmaq istədiyi oyunçularla bağlı informasiyalar yayılıb.
Bir neçə gün əvvəl Braziliyanın "Quarani" klbunun ictimaiyyətə təqdim etdiyi Duqlas Leytenin qışda "Xəzər Lənkəran"ı tərk edəcəyi dəqiqdi. Bu səbəbdən Lənkəran klubu heyətdə yeni qapıçı qatmalı olacaq.
Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" qapıdakı boşluğu Mihal Qliva vasitəsi ilə doldura bilər. Polşanın "Zaqlebiye" klubunda çıxış edən qolkiperin azarkeşlərlə arasında problem yarandığından klubu tərk etməyə hazırlaşdığı deyilir. Onun artıq Azərbaycan klublarından biri ilə danışıqlara başladığı da bildirilir. Həmin klub isə böyük ehtimalla "Xəzər Lənkəran" olacaq.
Qeyd edək ki, Qliva Saşa Yunisoğlu ilə komanda yoldaşı olub. Belə ki, onlar 2007/08 mövsümündə birlikdə "Qrotslin"də çıxış ediblər və komanda "Poloniya" ilə birləşdikdən sonra Varşava təmsilçisinə keçiblər. "Poloniya"da 27 oyun keçirən Qliva son iki mövsümdə 44 dəfə "Zaqlebiye"nin formasını geyinib. 25 yaşlı qolkiper Polşa U-21-də iki oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər