Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Xəzər Lənkəran” doğma azarkeşləri önündə revanş matçına çıxacaq.
Belə ki, baş məşqçi Con Toşakın yetirmələri ilk görüşdə 2 cavabsız topla məğlub olduqları İsrail “Makkabi”sini sınağa çəkəcək. Növbəti mərhələyə keçmək üçün cənublulara bu qarşılaşmada mütləq qələbə lazımdır. “Xəzər Lənkəran” rəqibinə minimum 3 top vurmalıdır ki, Avropa Liqasında yoluna davam eləsin. Əks təqdirdə, turnirlə vidalaşmaq məcburiyyətində qalacaq.
Lənkəran şəhər stadionunda baş tutacaq oyun saat 21:00-da başlayacaq. Qarşılaşmanı isə hollandiyalı hakim Danni Makkeli idarə edəcək.
Qeyd edək ki, təmsilçimiz “Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Albaniyanın “Skenderbeu” klubuna minimal hesabla məğlub olaraq, turnirlə vidalaşıb.
Avropa LiqasıII təsnifat mərhələsi (cavab oyunu)25 iyul
“Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail) - 0:8
QOLLAR: Alon Turgeman, 8; Yaniv Katan, 9; 44; Ruben Rayos, 12 (penaltidən); 61; Şimon Abuhazira, 26; Hen Ezra, 41; 76
İlk oyun – 0:2
Baş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran. Mərkəzi şəhər stadionu
Xəzər Lənkəran: 30. Toni Doblas, 5. Elnur Allahverdiyev, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 9. Uğur Pamuk, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 99. Marin Orsuliç, 12. Junior Nildo
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 4. Alvaro Silva, 8. Eder Bonfim, 7. Sadio Tounkara, 23. Nikola Qliqorov, 17. Kazım Kazımlı, Ağabala Ramazanov
Baş məşqçi: Con Toşak
Makkabi: 33. Boyan Şaranov, 13. Taleb Tvatiha, 18. Elad Qabai, 21. Dekel Keynan, 7. Qustavo Bokkoli, 8. Hen Ezra, 10. Ruben Rayos, 25. Edin Kokaliç, 17. Alon Turgeman, 19. Şimon Abuhazira, 20. Yaniv Katan (k)
Ehtiyat oyunçular: 22. Amir Edri, 3. Samuel Şeymann, 29. Andrey Pilyavski, 15. Eyal Qolasa, 26. Avihay Yadin, 14. Sintayehu Sallalix, 16. İsmail Rayyan
Baş məşqçi: Arik Benado
"Xəzər Lənkəran" rüsvayçı hesabla uduzdu: 8:0
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"