"Xəzər Lənkəran" Rusiyada 5 oyun keçirəcək

"Xəzər Lənkəran" Rusiyada 5 oyun keçirəcək
"Xəzər Lənkəran"ın əvəzedici komandası Rusiyada təlim-məşq toplanışı keçir. Fanat.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərlik etdiyi kollektiv Krasnodarın Krımsk şəhərində mövsümün qalan hissəsinə hazırlaşır.
Lənkəranlılar Rusiyada 5 yoxlama oyunu keçirəcək. "Xəzər Lənkəran" yanvarın 12-də "Fakel" (Voronej), 3 gün sonra Krasnodar vilayətinin yığma komandası, ayın 18-də "Krasnodar"ın əvəzedici heyəti, 21-də "Kuban"ın ikinci komandası ilə qarşılaşacaq. 5-ci matçdakı rəqib bəlli olmasa da, yanvarın 25-də baş tutacağı dəqiqdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər