"Xəzər Lənkəran" rəsmisinə 5 oyunluq cəza

"Xəzər Lənkəran" rəsmisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Bakı" ilə oyunun 62-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunurb. Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra isə “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.

"Qarabağ"la matçın 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Bu səbəbdən o, 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.

AZAL "Qəbələ" ilə oyunda 6, "İnter" "Neftçi" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ziyana düşüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər