"Xəzər Lənkəran" rəqib tanımır - azarkeş sayı

"Xəzər Lənkəran" rəqib tanımır - azarkeş sayı
Topaz Premyer Liqasının 2014/15 mövsümündə I dövrə başa çatıb. Fanat.az-ın hesablamalarıra görə, baş tutan 43 qarşılaşmanı 89480 azarkeş izləyib. Bu hər qarşılaşmada stadiona orta hesabla 2080 nəfərin gəlməsi deməkdi.
Ən yüksək göstərici II turda qeydə alınıb. 14700 nəfərin izlədiyi turun matçlarını orta hesabla 2940 nəfər təşrif buyurub. Ən aşağı göstərici isə IX turda olub - 4900 nəfər. Son turun oyunlarını orta hesabla 980 nəfər canlı izləməka istəyib.

Tur

Oyun

Azarkeş

Orta hesabla

I

5

10580

2116

II

5

14700

2940

III

3

3000

1000

IV

5

14450

2890

V

5

12400

2480

VI

5

11100

2220

VII

5

6350

1270

VIII

5

12000

2400

IX

5

4900

980

Cəmi

43

89480

2080

Klublar arasında ən yaxşı göstərici "Xəzər Lənkəran" məxsusdu. Lənkəran klubunun 4 ev matçında "Fırtınalar meydanı"na 28000 nəfər toplaşıb (orta hesabla 7000 nəfər). "Xəzər Lənkəran"ı 3 oyunda 18700 nəfəri stadiona toplayan "Araz Naxçıvan" izləyir (orta hesabla 6233 nəfər). 
Ən pis göstərici "Bakı"ya məxsusdu. Paytaxt klubunun 4 ev oyunu cəmi 1500 nəfərin marağına səbəb olub (orta hesabla 375 nəfər). 

№

Klub

Oyun

Azarkeş

Orta hesabla

1

Xəzər Lənkəran

4

28000

7000

2

Araz Naxçıvan

3

18700

6233

3

Qəbələ

5

10300

2060

4

Simurq

5

10000

2000

5

Sumqayıt

4

5780

1445

6

Neftçi

5

6150

1230

7

Qarabağ

5

4900

980

8

İnter

4

2400

600

9

AZAL

4

1750

437

10

Bakı

4

1500

375

Mövsümün rekordu Lənkəranda qeydə alınıb. Belə ki, "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşmasını 8500 nəfər canlı izləyib.

Ən çox azarkeş toplaşan oyunlar

II tur

Xəzər Lənkəran - Sumqayıt

8500

IV tur

Xəzər Lənkəran - İnter

8100

I tur

Araz Naxçıvan - Neftçi

7500

V tur

Araz Naxçıvan - İnter

7100

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər