"Xəzər Lənkəran" - "Simurq" matçına xüsusi diqqət

"Xəzər Lənkəran" - "Simurq" matçına xüsusi diqqət

Hakimlər Komitəsi "Xəzər Lənkəran" - "Simurq" matçını XI turun digər oyunlardan fərqləndirib. Fanat.az xəbər verir ki, ötən turdan əlavə köməkçi-hakimlərin təyinatını bərpa edən komitə Lənkərana 6 hakim göndərmək qərarına gəlib.

Ömər Paşayevin idarə edəcəyi matça Ramil Əhmədovla Elvin Əsgərov təyinat alıb. Onlar əlavə köməkçi-hakim kimi referiyə yardım edəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Simurq" matçının yan xətt hakimləri İsgəndər Əliyevlə Elşən Acalov olacaq. Dördüncü hakim funksiyasını Feyzulla Feyzullayev yerinə yetirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər