Premyer Liqanın II turunda səfərdə “Sumqayıt”la 1:1 hesablı bərabərliyə razılaşan "Xəzər Lənkəran" doğma şəhərə dönüb. Fanat.az xəbər verir ki, komanda bir günlük istirahətin ardından Lənkərandakı bazasında məşqlərini bərpa edərək III turun “Rəvan” görüşünün hazırlığına start verib.
Heyətdə Sadio Tounkara istisna olmaqla zədəli futbolçu yoxdu ki, bu da məşqçilər korpusunu sevindirən əsas məqamdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Rəvan” matçı avqustun 22-də, saat 21.00-da start götürəcək.
Fanat.az