"Xəzər Lənkəran"la "Mordoviya" arasında keçirilməli olan yoxlama oyunun vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, bu oyunun iyulun 19-da keçirilməsi nəzərdə tutulsa da, baş tutmamışdı.
Saransk təmsilçisinin rəsmi saytının yaydığı son məlumata görə, bu oyun iyulun 25-də keçiriləcək.
Fanat.az