"Xəzər Lənkəran" - "Mordovaya" matçının vaxtı dəyişdi

"Xəzər Lənkəran" - "Mordovaya" matçının vaxtı dəyişdi
"Xəzər Lənkəran"ın "Mordoviya" ilə oyununun vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.
Qarşılaşma əvvəlcədən təyin olunduğu vaxtda - iyulun 18-də baş tutmayacaq. Belə ki, "Xəzər Lənkəran Yuri Syominin komandası ilə bir gün sonra - ayın 19-da qarşılaşacaq.
Qeyd edək ki, "Mordoviya"nın Avstriyadakı yoxlama oyunlarının təqvimində dəyişiklik edilib. Belə ki, Syominin komandası bu gün Serbiya "Rad"ının əvəzinə Bosniya və Hersoqovinanın "Slaviya" klubu ilə qarşılaşacaq. İyulun 22-də rəqib Macarıstanın "Kapoşvar" klubu yox, Makedoniya "Vardar"ı olacaq. Ayın 25-dəki rəqib isə olduğu kimi qalıb. Saransk klubu həmin gün Çexiya “Olomouts”ını sınağa çəkəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər