"Xəzər Lənkəran" "Maccabi" ilə bacarmadı

"Xəzər Lənkəran" "Maccabi" ilə bacarmadı

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da növbəti oyununa çıxıb.

Komandamızın bu dəfəki rəqibi İsrailin “Maccabi” (Hayfa) klubudu. Güclü rəqiblə ilk görüşə səfərdə çıxan Con Toşakın yetirmələri Hayfada sərfəli nəticə qazanmağa çalışmalıydı. Əks halda komandamızın cavab matçındakı işi çətin olacaqdı. Təəssüf ki, təmsilçimiz bu görüşdə iki cavabsız qolla uduzdu.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Lənkəranda keçiriləcək.

Avropa Liqası

İkinci təsnifat mərhələsi (ilk oyun)

18 iyul

 Maccabi – Xəzər Lənkəran - 2:0 (1:0)

Qollar: H.Ezra, 37 (1:0), A.Turgeman, 55 (2:0)

Hayfa. “Kiryat Eliezer” stadionu.

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər