Türkiyənin Kapadokiya bölgəsində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün 4-cü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Yunis Hüseynov yetirmələrini Super Liqaya vəsiqə qazanan "Kayserispor"la ilə oyunda sınayıb.
Matç 1:1 hesabı ilə başa çatıb. Hesabı 19-cu dəqiqədə Vüqar Nadirov açıb. 60-cı dəqiqədə isə Samed Ali Kaya bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Kayserispor" klubu 1985-ci ildə yaradılıb. 30 yaşlı klub indiyədək Super Liqada 11 mövsüm keçirib. Ötən mövsüm Kamran Ağayevin çıхış etdiyi komanda PTT 1-ci liqanın qalibi olaraq güclülər dəstəsinə qayıdıb. Kayseri təmsilçisisi bir dəfə Türkiyə Kubokunu qazanıb (2007/08). Komandaya Tolunay Kafkas başçılış edir.
"Xəzər Lənkəran" Türkiyə toplanışı çərçivəsində "Niğdespor"a (1:0) və "Antalya Kundu Spor"a (8:1) qalib gəlib, "Kasımpaşa"ya (0:2) məğlub olub.
Yoxlama oyunu
21 iyul
20.00 Xəzər Lənkəran (Azərbaycan) - Kayserispor (Türkiyə) 1:1
Qollar: Vüqar Nadirov, 19 - Samed Ali Kaya, 60.
Xəzər Lənkəran: Pavel Kapsa (Orxan Sadıqlı, 46), Ruslan Abışov (Elvin Mirzəyev, 46), Adrian Skarlatake, Rasim Ramaldanov, Tural Cəlilov (Mahsun Qəmbərli), Dieqo Souza, Rahid Əmirquliyev, Vaqif Cavadov (Elnur Cəfərov, 46), Vüqar Nadirov, Rəşad Eyyubov (Elşən Rzazadə), Limam Seydi (Kazım Kazımlı)
Fanat.az