"Xəzər Lənkəran" - "Gənclərbirliyi" oyununa necə baxmaq olar?

"Xəzər Lənkəran" - "Gənclərbirliyi" oyununa necə baxmaq olar?
Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" bu gün ikinci sınaq matçını keçirəcək. Fanat.az xəbər verir ki, Mustafa Dənizli yetirmələrini Super Liqa təmsilçisi ilə oyunda sınayacaq.
Qarşılaşmanı canlı izləmək mümkün olacaq. Belə ki, "Xəzər Lənkəran"ın rəsmi saytı matçı azarkeşlərə canlı təqdim edəcək. "İC Santai" otelinin futbol meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 13.00-da start götürəcək 
Qeyd edək ki, "Xəzər Lənkəran" Türkiyədəki ilk oyununda "Çaykur Rizəspor"la qarşılaşıb - 0:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər