"Xəzər Lənkəran" "Fənərbaxça"ya məktub göndərib. Fanat.az xəbər verir ki, Lənkəran klubu İstanbul təmsilçisini Aziz Yıldırımın yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
"Xəzər Lənkəran" rəhbərliyi yaxın münasibətlərdə olduğu “Fənərbaxça”ya Yıldırımla növbəti uğurlara nail olmağı arzulayıb. Təbrikdə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla dəfələrlə ölkəmizə səfər edən türkiyəli iş adamına “sarı bülbüllər”i zirvəyə daşıyacağına inam ifadə olunub.
Fanat.az