"Xəzər Lənkəran" "Duzdağ"da

"Xəzər Lənkəran" "Duzdağ"da

Super Kubok matçı üçün Naxçıvana yola düşən “Xəzər Lənkəran” artıq 5 ulduzlu “Duzdağ” otelində məskunlaşıb. Fanat.az xəbər verir ki, ötən gün günorta saatlarında Azərbaycan Hava Yollarının “Lənkəran” adlı “Boinq 757-200” tipli təyyarəsi ilə yola düşən komanda 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatıb.

"Xəzər Lənkəran" daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutub. Qısamüddətli istirahətdən sonra futbolçular saat 17.00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxıb. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkilib. 

Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədi. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandamızın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər