"Xəzər Lənkəran"ın transfer etmək istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Qalin İvanovu heyətinə qatan Lənkəran klubu rumın futbolçuya elçi düşüb.
Belə ki, "Xəzər Lənkəran" "Çaykur Rizəspor"da forma geyinən Florin Çernatı heyətinə qatmaq istəyir. Bu futbolçunu qış fasiləsində Mustafa Dənizli də Azərbaycana gətirmək istəyirdi. Lakin rumın pleymeyker həmin vaxt Türkiyə klubunda qalmağa üstünlük vermişdi.
Çernatın yeganə müştərisi "Xəzər Lənkəran" deyil. Belə ki, onu Mahir Şükürovun müqavilə bağladığı "Karşıyaka" və "Bucaspor" da transfer etmək istəyir. Rumın futbolçu qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Çernat "Çaykur Rizəspor"da 36 oyun keçirib və 12 qol vurub. O, əvvəllər Rumıniyanın "Otselul" (1998-2000, 36 oyun, 5 qol), "Dinamo" (Buxurest, 2000-2001, 25 oyun, 2 qol), Ukrayanın "Dinamo" (Kiyev, 2001-2009, 130 oyun, 31 qol), Xorvatiyanın "Hayduk" (2007-2008, 2009-2010, 53 oyun, 10 qol) və Türkiyənin "Karabükspor" (2010-2013, 68 oyun, 19 qol) klublarında çıxış edib. 2002-2004-cü illərdə 14 dəfə Rumıniya millisinə çağırılan 34 yaşlı futbolçu 2 qol vurub.
Fanat.az