"Xəzər Lənkəran" "Dinamo"nu uddu

"Xəzər Lənkəran" "Dinamo"nu uddu

"Xəzər Lənkəran" əvəzedici komandası Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, cənub klubu qonşu ölkədə növbəti yoxlama oyununu keçirib.

"Xəzər Lənkəran"ın rəqibi Gürcüstanın aşağı liqa təmsilçisi "Dinamo" (Suxumi) olub. Oyun təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Xəzər Lənkəran"ın heyətində Nurxan Mənsimzadə dubl edib, Maqsum Qəmbərli bir qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər