"Xəzər Lənkəran" "Böyük oyun"a hazırlaşır

"Xəzər Lənkəran" "Böyük oyun"a hazırlaşır

Premyer Liqanın XXI turu çərçivəsində mövsümün üçüncü “ Böyük oyun” u baş tutacaq. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran” səfərdə “ Neftçi” ilə qarşılaşmanın hazırlığına Lənkəranda start verib  və məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir. 

Komandanın iki aparıcı üzvü - Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən “ Böyük oyun” u buraxmalı olacaqlar. Fevral ayının 12-nə qədər Lənkərandakı bazasında hazırlığını keçirəcək “ Xəzər Lənkəran” daha sonra paytaxta üz tutacaq. 

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər