2015/16 mövsümünə hazırlıqlarını Türkiyənin Kapadokiya bölgəsində davam etdirən “Xəzər Lənkəran” növbəti yoxlama görüşünü keçirib. Fanat.az xəbər verir ki, “ağ-yaşıllar”ın 3-cü görüşü də Türkiyə təmsilçisinə qarşı olub.
Baş məşqçi Yunis Hüseynov yetirmələrini Türkiyənin həvəskarlar liqasında çıxış edən “Antalya Kundu Spor”la matçda sınayıb. Oyun başlayan kimi 1-ci dəqiqədə "Antalya Kundu Spor" hesabı açıb. Mehmet Meke fərqlənib. 3-cü dəqiqədə Rahid Əmirquliyev cavab qolunu vurub. Növbəti dəqiqələrdə isə Vüqar Nadirov, Vaqif Cavdov, Rəşad Eyyubov, Ruslan Abışov, Elnur Cəfərov və Kazım Kazımlı fərqlənərək hesabı darmadağın həddinə çatdırıblar - 8:1.
Qeyd edək ki, cənub klubu bu qarşılaşmada yeni transferi Limam Seydini də yoxlamaq imkanı qazanıb. Futbolçu ikinci hissənin sonlarında meydanda olub.
“Xəzər Lənkəran” ilk iki oyunda “Niğdespor”a qalib gəlib (1:0), Super Liqa təmsilçisi “Kasımpaşa”ya isə məğlub olub (0:2). Komanda iyulun 21-də Super Liqanın digər təmsilçisi “Kayserispor”la üz-üzə gələcək.
Xəzər Lənkəran - Antalya Kundu Spor 8:1
Qollar: Rahid Əmirquliyev, 3. Vüqar Nadirov, 20. Vaqif Cavdov, 23. Rəşad Eyyubov, 48-pen; 62. Ruslan Abışov, 58. Elnur Cəfərov, 73. Kazım Kazımlı, 78 - Mehmet Meke, 1.
Xəzər Lənkəran: Orxan Sadıqlı, Rasim Ramaldanov, Ruslan Abışov, Manuel Skarlatake, İlyas Səfərzadə, Dieqo Qusmao, Rahid Əmirquliyev, Vüqar Nadirov, Vaqif Cavadov, Elnur Cəfərov, Rəşad Eyyubov.
Fanat.az