"Xəzər Lənkəran" qələbəni xatırlayacaq?

"Xəzər Lənkəran" qələbəni xatırlayacaq?

Topaz Premyer Liqasında "Xəzər Lənkəran" "Rəvan"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionat 9-cu qarşılaşmasıdı.

Eyni sayda qələbə qazanan komandalar əvvəlki 8 matçın yarısında bərabərliklə kifayətlənib - 2-4-2. "Xəzər Lənkəran"ın 10 qoluna "Rəvan" 7 dəfə cavab verib. Rəqiblərin Bakıdakı görüşlərində isə tərəflər 1-dən artıq qol vura bilməyib.

Qeyd edək ki, "Xəzər Lənkəran" 2014-cü ildə keçirdiyi 6 oyunda 9 xal qazanıb (2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət). Lənkəran klubu son 3 matçının 2-də heç-heçə edib, 1-də məbğlub olub. "Rəvan" isə 18 matçlıq qələbəsizlik seriyasını ötən tur AZAL-ı yenərək qırıb. Güvənc Kurtarın yetirmələri yeni ildəki 6 oyunda aktvinə 5 xal yazıb (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).

27.08.2011

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:1

19.11.2011

Xəzər Lənkəran - Rəvan (Bakı)

1:1

05.08.2012

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:1

04.11.2012

Xəzər Lənkəran - Rəvan (Bakı)

4:0

12.03.2013

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:0

20.05.2013

Xəzər Lənkəran - Rəvan (Bakı)

1:2

04.10.2013

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:1

15.12.2013

Xəzər Lənkəran - Rəvan (Bakı)

1:0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər