"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XXXII turunda "Rəvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 10-cu qarşılaşma olacaq.
10-cu - yubiley oyunu ərəfəsində paytaxt təmsilçisi qələbə, cənublular isə top fərqində öndədi. Belə ki, "Xəzər Lənkəran" indiyədək 2, "Rəvan" 3 qələbə qazanıb, 4 oyunda qalib müəyyənləşməyib. Lənkəranlılar 11 qoluna bakılılar 9 dəfə cavab verə bilib. Son 4 qarşılaşmanı qolsuz tərk etməyən lənkəranlılar evdəki bütün matçlarda rəqib qapısına yol tapıb.
Tərəflər arasında mövsümün ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb. Sonrakı iki oyunda isə hərəyə bir qələbə qazanıblar.
| 27.08.2011 | Rəvan (Bakı) - Xəzər Lənkəran | 1:1 |
| 19.11.2011 | Xəzər Lənkəran - Rəvan (Bakı) | 1:1 |
| 05.08.2012 | Rəvan (Bakı) - Xəzər Lənkəran | 1:1 |
| 04.11.2012 | Xəzər Lənkəran - Rəvan (Bakı) | 4:0 |
| 12.03.2013 | Rəvan (Bakı) - Xəzər Lənkəran | 1:0 |
| 20.05.2013 | Xəzər Lənkəran - Rəvan (Bakı) | 1:2 |
| 04.10.2013 | Rəvan (Bakı) - Xəzər Lənkəran | 1:1 |
| 15.12.2013 | Xəzər Lənkəran - Rəvan (Bakı) | 1:0 |
| 08.03.2014 | Rəvan (Bakı) - Xəzər Lənkəran | 2:1 |
Fanat.az