"Qəbələ"ni məğlub edən "Xəzər Lənkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Mustafa Dənizli Manuel Skarlatakenin xidmətindən məhrum olub.
Rumın futbolçu cəzalı duruma düşüb. Belə ki, start heyətində yer alan Manuel 78-ci dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, "Bakı"yla matçı buraxacaq.
Skarlatake bundan əvvəl 2, 3 və 4-cü turlarla "Simurq", "Qarabağ" və "Neftçi"yə qarşı keçirilən oyunlarda "sarı" almışdı.
Rumın futbolçu bu il "Qarabağ"la keçirilən oyunda "Xəzər Lənkəran"a 3, "Neftçi" ilə matçda 1 xal qazandıran vacib qollara imza atıb.
Fanat.az