Topaz Premyer Liqasının ötən mövsümündə qapılara 47 penalti təyin olunub. Fanat.az xəbər verir ki, bunlardan 35 qolla nəticələnib, qalan 12-si isə qeyri-dəqiq olub.
Paytaxtın eyniadlı təmsilçisi - “Bakı” 10 dəfə penalti vurmaq hüququ qazanıb. Bunlardan 8-ni qola çevirən “zolaqlılar” hər iki göstərici üzrə çempionatın lideridi. Bu qollardan 5-i Əfran İsmayılovun aktivindədi.
“Rəvan” mövsümdə yalnız bir dəfə penalti hüququnu qazansa da, ondan yararlana bilib. Xuan Manuel Varea 34-cü turun “Simurq”la oyununda komandasına qələbə gətirən qolun müəllifi olmuşdu.
“Xəzər Lənkəran” isə 6 dəfə penalti vurmaq hüququ qazansa da, cəmi 2 dəfə rəqib qapıçılarını məyus edə bilib. Cənub təmsilçisinin heyətində Elias və Deyan Blajevski dəqiqliyi ilə seçilib. Junior Nildo 2 dəfə, Mbilla Etame və Dejan Blyjevski isə hərəyə bir dəfə penaltini qeyri-dəqiq yerinə yetiriblər.
Fanat.az