"Xəzər Lənkəran" TV yeni tansfer Orxan Əliyevi təqdim edib. Qeyd edək ki, Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"ın heyətinə keçib. 2,5 il ərzində bu klubun formasını geymiş Əliyev "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb.
Fanat.az