"Xəzər Lənkəran" Moskva ÇSKA-sına rəqib oldu

"Xəzər Lənkəran" Moskva ÇSKA-sına rəqib oldu
"Xəzər Lənkəran"ın Sloveniya toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Moskva ÇSKA-sı ilə qarşılaşacaq.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Həmkarlarımızın məlumatına görə qarşılaşma iyulun 18-də baş tutacaq.
ÇSKA "Xəzər Lənkəran"dan başqa Rusiyanın "Mordoviya" (13 iyul), Serbiyanın "Rad" (18 iyul), Macarıstanın "Kapoşvar" (22 iyul), Çexiyanın "Olomouç" (25 iyul), Bosniya və Hersoqovinanın "Slaviya" (vaxtı məlum deyil) klubları ilə qarşılaşacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər