Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimiz Moskva "Dinamo"sunun ikinci komandası ilə üz-üzə gəlib.
Oyunda qalib müəyyənləşməyib. 2 qolun vurulduğu matç 1:1 hesabı ilə başa çatıb. "Xəzər Lənkəran"ın yeganə qolunu Bəhruz Teymurzadə vurub.
Fanat.az