"Xəzər Lənkəran" məşqləri bərpa etdi - FOTOLAR

"Xəzər Lənkəran" məşqləri bərpa etdi - FOTOLAR

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, "Metallurq"la yoxlama görüşündən sonra bir gün istirahət edən təmsilçimiz bu gün məşqlərini bərpa edib.  

Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək. 

Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər