"Xəzər Lənkəran" məşqləri bərpa etdi

"Xəzər Lənkəran" məşqləri bərpa etdi
Topaz Premyer Liqasının XXXIII turunda doğma meydanında lider "Qarabağ"la xalları yarı bölən “Xəzər Lənkəran”  dünəndən məşqlərini bərpa edib. Fanat.az klubun saytına istinadən xəbər verir ki, Lənkərandakı bazasında toplaşan komanda növbəti turun AZAL-la qarşılaşması üçün hazırlığa start verib.
Hazırda yalnız Türkiyədə əməliyyat olunan Sadio Tounkara məşqlərdən tam olaraq kənarda qalsa da, gənc müdafiəçi İlyas Səfərzadə fərdi olaraq məşqlərini davam etdirir. May ayının 15-də əsas meydançada son matçöncəsi məşqini keçirəcək “Xəzər Lənkəran” bununla hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. 
Xatırladaq ki, XXXIV turun “Xəzər Lənkəran” - AZAL görüşü mayın 16-ı saat 18.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər