"Xəzər Lənkəran" məşqə sükutla başladı - FOTO

"Xəzər Lənkəran" məşqə sükutla başladı - FOTO

May ayının 22-də Sumqayıtda gənclik şəhərinin təmsilçisinin qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını tamamlayıb. Fanat.az xəbər verir ki, bu gün səhər məşqi saat 11.00-də başlayıb və komandanın üzvləri ilk olaraq  dünən Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında həlak olmuş insanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

Hazılığa gəldikdə isə əsas meydançada baş tutan məşqdə zədəli futbolçular Ağabala Ramazanov, Sadio Tounkara və qapıçı Vyakeslav Tomiç də iştirak etməyib. AZAL-la matçda hüşunu itirən Tural Cəlilov isə artıq komanda ilə birgə məşqlərdə fəal iştirak edir. 

Sabah Bakıya yola düşəcək "Xəzər Lənkəran" saat 18.00-da Sumqayıtda, oyunun keçiriləcəyi stadionda son məşqinə çıxıb oyun saatını gözləyəcək.

"Xəzər Lənkəran" məşqə sükutla başladı - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər