"Xəzər Lənkəran" Maltada ilk məşqinə çıxdı

"Xəzər Lənkəran" Maltada ilk məşqinə çıxdı

Bu gün səhər saatlarında Münhen-Luqa aviareysi ilə Maltaya gələn “Xəzər Lənkəran” “The Palace Malta” otelində yerləşib. Qısamüddətli istirahətdən sonra komanda məşq proseslərini keçirmək üçün oteldən 5km aralıda yerləşən müvəqqəti icarəyə götürdüyü süni örtüklü meydançada ilk məşqinə çıxdı. Bir saat davam edən məşqdə futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetirdilər. Sabah isə “Xəzər Lənkəran” matçın keçiriləcəyi “Ta Kali” arenasında oyunöncəsi son məşqinə çıxacaq. Xatırladaq ki, adı çəkilən arenanın da ot örtüyü sünidir.  

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər