"Xəzər Lənkəran" lideri devirib, uğursuzluğa son qoydu

"Xəzər Lənkəran" lideri devirib, uğursuzluğa son qoydu
Bu gün Topaz Premyer Liqasında IV tura start verilib. Fanat.az xəbər verir ki, yığmanın oyunlarına görə yaranacan fasilədən öncəki turun qarşılaşmaları 3 gündə keçiriləcək.
İlk oyun günündə bir matç baş tutub və "Xəzər Lənkəran" "İnter"i qəbul edib. Lənkəran klubu ilk 3 turda cəmi 1 xal qazanmışdı. Aktivinə 7 xal yazan "İnter" isə turnir cədvəlinə başçılıq edirdi. Oyunun taleyini bir qol həll edib. Elnur Abdullayev 5-ci dəqiqədə vurduğu qolla "Xəzər Lənkəran"a qələbə qazandırıb. Bununla da cənub klubu uğursuzluğa son qoyub, "İnter" isə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi bazar günü baş tutacaq.

Premyer Liqa

2014/15 mövsümü

I dövrə, IV tur

 

29 avqust

Xəzər Lənkəran - İnter

Qol: Elnur Abdullayev, 5.

Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov (28. Fernando Qabriel, 85), 8. Qalin İvanov (22. Əfran İsmayılov, 69), 10. Elnur Abdullayev (33. Rasim Ramaldanov, 90+3), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko.

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 13. Aleksandr Şemonayev, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski.

Baş məşqçi: Oğuz Çətin.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (10. Elvin Məmmədov, 46), 15. Yohan Bokonyano (80. Nizami Hacıyev, 75), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (12. Junior Nildo, 67), 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 33. Matiya Spiçiç, 91. Coşqun Diniyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Sarı vərəqələr: Elnur Abdullayev, 6 (qeyri-idman hərəkəti). Rauf Əliyev, 34 (qeyri-idman hərəkəti). Qalin İvanov, 59 (simulyasiya). Rəşad Sadiqov, 66 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 16 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Şahin Cəfərov.

“Xəzər Lənkəran” mərkəzi stadionu. 8000 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

4

2

1

1

9:2

7

2

Simurq

2

2

0

0

4:0

6

3

Sumqayıt

3

2

0

1

5:5

6

4

Qəbələ

3

2

0

1

3:4

6

5

Xəzər L

4

1

1

2

2:4

4

6

Araz N

2

1

0

1

3:1

3

7

Neftçi

2

1

0

1

1:3

3

8

AZAL

2

0

1

1

1:3

1

9

Qarabağ

2

0

1

1

0:3

1

10

Bakı

2

0

0

2

0:3

0

 

Bombardirlər:

Mikel Alvaro (İnter) - 4. David Canelidze (Araz Naxçıvan), Rəşad Eyyubov (Simurq), Məhəmməd Qurbanov (Sumqayıt) - 2.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər