Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununa çıxacaq. Fanat.az xəbər verir ki, təmsilçimiz Latviyanın "Yurmala" klubunu sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 20.30-da start götürəcək və Bakovçı qəsəbəsinin stadionunda keçiriləcək. Qarşılaşmanı "Xəzər Lənkəran" TV canlı yayımlayacaq.
"Yurmala" klubu 2008-ci ildə yaradılıb. 2010-cu ildə Latviya çempionatının güclülər dəstəsinə vəsiqə qazanan komanda ötən mövsümü 6-cı pillədə başa vurub. Komanda hazırda davam edən mövsümüün turnir cədvəlində 21 oyundan sonra sonuncu - 10-cu pillədə qərarlaşıb. "Xəzər Lənkəran"ın rəqibinə Mihails Konevs başçılıq edir. "Yurmala"nın heyətində Rusiyadan 3, Portuqaliya və Yaponiyadan 1 legioner çıxış edir.
Qeyd edək ki, "Xəzər Lənkəran" iyulun 19-da Rusiyanın "Mordoviya", 22-də "Arsenal" (Tula) klubları ilə qarşılaşacaq.
Fanat.az