"Xəzər Lənkəran" Latviya klubunu uddu

"Xəzər Lənkəran" Latviya klubunu uddu
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, təmsilçimiz Latviyanın "Yurmala" klubunu sınağa çəkib.
Oyun "Xəzər Lənkəran"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lənkəran klubunun heyətində Fernando Qabriel, Rauf Əliyev və Rəşad Sadiqov fərqlənib.
Qeyd edək ki, "Yurmala" klubu 2008-ci ildə yaradılıb. 2010-cu ildə Latviya çempionatının güclülər dəstəsinə vəsiqə qazanan komanda ötən mövsümü 6-cı pillədə başa vurub. Komanda hazırda davam edən mövsümüün turnir cədvəlində 21 oyundan sonra sonuncu - 10-cu pillədə qərarlaşıb. "Xəzər Lənkəran"ın rəqibinə Mihails Konevs başçılıq edir. "Yurmala"nın heyətində Rusiyadan 3, Portuqaliya və Yaponiyadan 1 legioner çıxış edir.
"Xəzər Lənkəran" ilk yoxlama oyununu Ukraynanın "Karpatı" klubuna qarşı keçirib və 2:1 hesabı ilə qalib gəlib. İyulun 19-da Rusiyanın "Mordoviya" klubunu sınağa çəkəcək lənkəranlılar 3 gün sonra "Arsenal"la (Tula) qarşılaşacaq.
Yoxlama oyunu
18 iyul
Xəzər Lənkəran (Azərbaycan) - Yurmala (Latviya) 3:1
Qollar: Fernando Qabriel, Rauf Əliyev, Rəşad Sadiqov - Georgi Digaşvili.
I hissə: Tərlan Qasımzadə, Tural Cəlilov, Rasim Ramaldanov, Manuel Skarlatake, Aleksandr Şemonayev, Rahid Əmirquliyev, Uğur Pamuk, Qabriel Fernando, Ağabala Ramazanov, Deyan Blajevski, Junior Nildo.
II hissə: Tural Qasımzadə, Tural Cəlilov, Manuel Skarlatake, Tyeqo, Vanderson Skuardelli, Rəşad Sadiqov, Rahid Əmirquliyev, Elnur Abdullayev, Qalin İvanov, Junior Nildo (Rauf Əliyev).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər