"Xəzər Lənkəran" jurnalistlərə mükafat vəd etdi

"Xəzər Lənkəran" jurnalistlərə mükafat vəd etdi
"Xəzər Lənkəran" Futbol Klubunun 10 illik yubileyi ilə əlaqədar klubla İdman Araşdırmalar Mərkəzi birgə lahiyəyə start verib. Fanat.az xəbər verir ki, İAM klubla birgə "Xəzər Lənkəran" futbol klubunun tarixi və inkişaf perspektivləri" mövzusunda yazı müsabiqəsini aşağıdakı formada elan edib:
 
Müsabiqənin şərtləri:
 
1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir);
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
3. Yazı qəzetlərdə və ya saytlarda dərc edilməlidir;
4. Yazıda “İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;
5. Yazının dərc olunduğu mətbu orqan (qəzetdirsə 1 nüsxə, saytdırsa, linki), A4 formatda çap (3 nüsxə - müəllifin imzası göstərilməməlidir) variantları İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna təqdim olunmalıdır;
6. Yazılar A3 formatda 1 səhifədən (9 - 11 min işarə) çox olmamalıdır.
7. İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna yazıların son təqdim edilmə tarixi 30 aprel 2014-cü ildir. 
 
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
 
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:
 
I yer - 800 manat;
II yer - 600 manat;
III yer - 400 manat;
Həvəsləndirici mükafat - (3 nəfər) hərəyə 200 manat.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər