"Xəzər Lənkəran" itkisiz hazırlaşır

"Xəzər Lənkəran" itkisiz hazırlaşır
Topaz Premyer Liqasının yeni mövsümünün açılış turunda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Fanat.az xəbər verir ki, komanda artıq 4 gündü məşqlərini Bakıda keçirir. 
Dünən “Dalğa Arena”da baş tutan axşam məşqində futbolçular məşqçilər korpusunun verdiyi müxtəlif toplu çalışmaları yerinə yetirib və saatyarım davam edən hazırlıq yüksək əhval-ruhiyyə fonunda yekunlaşıb. Məşqlərdə bütün futbolçuların iştirak etməsi, zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən başlıca məqamdı. 
“Xəzər Lənkəran” avqust ayının 8-də matçın keçiriləcəyi saatda, "AZAL Arena”da oyunöncəsi son məşqini keçirib oyun saatını gözləyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər