İlk 3 turda 8 xal itirən "Xəzər Lənkəran" Zaqataladan birbaşa Lənkərana qayıdıb. Fanat.az xəbər verir ki, məşqçilər korpusu futbolçulara istirahət verməyib.
Ötən gün baş tutan məşqdən əvvəl baş məşqçi Oğuz Çətin futbolçularla iclas keçirib. Oyunçularına səhvlərini deyən türk mütəxəssis tez bir zamanda toparlanmalarını istəyib. Bundan sonra isə məşq başlayıb.
Fanat.az