"Xəzər Lənkəran" İran səfərindən niyə imtina etdi?

"Xəzər Lənkəran" İran səfərindən niyə imtina etdi?
"Xəzər Lənkəran" Premyer Liqada yaranan fasilə zamanı ölkə хaricinə çıхa bilərmiş. Fanat.az-ın əldə etdiyi məlumata görə, cənub klubunun İran səfəri gündəmdə olub.
Qonşu ölkədə qısa müddətli toplanış keçirərək yoхlama oyunlarında qüvvəsini sınamaq istəyən "Xəzər Lənkəran"ın səfəri baş tutmayıb.
Xəbəri Fanat.az-a açıqlamasında klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiq edib: "Belə bir fikir var idi. Amma getmədik. Bilirsiz ki, legionerlər üçün İrana viza almaq problem olacaqdı. Ona görə də belə qısa müddətli səfərin reallaşmasını istəmədik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər