Premyer Liqanın XIV turunda AZAL-ı qonaq edəcək “Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, Covanni Melkiorrenin rəhbərliyi altında hazırlığını sürdürən komanda bu gün axşam məşqini ikitərəfli oyunla tamamlayıb.
Əvəzedici heyətdən də iki futbolçunun qatıldığı oyun hər biri 30 dəqiqə olmaqla iki hissə davam edib və futbolçular əsasən taktiki göstərişləri yerinə yetirməyə çalışıblar. Hazırda "Xəzər Lənkəran"da iki futbolçunun - Ağabala Ramazanov və Uğur Pamukun yüngül zədəsi var. Onlar fərdi qaydada məşqlərini davam etdirirlər.
Fanat.az