Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə start verir. Fanat.az xəbər verir ki, ”Xəzər Lənkəran” ilk mərhələdə bir həftəlik toplanışı AZAL-la keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı.
Bir gün verilən istirahətdən sonra komanda yenidən bir araya gəlir. Yenidən paytaxtda toplaşacaq "Xəzər Lənkəran" artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da “Dalğa Arena”da məşqə çıxacaq komanda “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək.
Bu arada zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Manuel Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə “İnter” matçında komandaya kömək edə biləcək.
Fanat.az